Eldar Quliyevin seçiciləri ilə izdihamlı görüşləri davam edir - FOTOLAR

10:12 24-01-2020 | icon 3055
Eldar Quliyevin seçiciləri ilə izdihamlı görüşləri davam edir - FOTOLAR

28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyev Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüşüb. 

Eldar Quliyev Bilgəh, Nardaran, Maştağa və Zabrat sakinlərinin təklif və problemlərini dinləyib. Əksər seçicilər problemlərinin həll edildiklərini dilə gətirərək, Eldar Quliyevə yenidən səs verəcəklərini bildiriblər.

Eldar Quliyev qarşıda duran vəzifələrdən danışıb:

 "Əziz seçicilərim sizin qarşınızda söz verirəm ki, əgər məni seçsəniz, hər birinizin problemi ilə yaxından tanış olub həll edəcəm. Çünki, mən doğma torpağıma bağlı insanam. Sizin probleminiz, mənim problemim hesab olunur. Çalışacağıq ki, o problemləri vaxtında həll edək".

Eldar Quliyevin görüşündə böyük seçici coşqusu müşahidə olunub.

Qeyd edək ki, Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisat Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir.

2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur.

Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin "Fəxri alimi"dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynəlxalq" mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Taclı Xidmət" ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən "Avropa Xidmət Ordeni", Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" və "Qızıl Qartal" ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırmaqla "Avropanın əməkdar elm xadimi" adına layiq görülmüşdür. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunmuşdur. 2017-ci ilin mart ayında Almaniyanın nüfuzlu mətbəələrindən birində "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabı çap olunmuşdur. Dünyanın ən qlobal problemlərindən birinə - ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş bu kitab ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir. 2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabın geniş təqdimatı keçirilmişdir. Tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib. Təqdimatda eyni zamanda, professor E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunub. Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.







Digər xəbərlər

0.32863092422485