Vəsilə Abulovanın seçiciləri ilə növbəti görüşü Zəyəm Cırdaxan kəndində baş tutdu - FOTOLAR

10:40 26-01-2020 | icon 2898
Vəsilə Abulovanın seçiciləri ilə növbəti görüşü Zəyəm Cırdaxan kəndində baş tutdu - FOTOLAR

Yanvarın 25-də 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Vəsilə Abulovanın seçiciləri ilə növbəti görüşü Zəyəm Cırdaxan kəndində baş tutu.

Namizəd görüş zamanı sakinlərin təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.


Seçiciləri ilə görüşü çərçivəsində Vəsilə Abulova Zəyəm Cırdaxan məktəbini də ziyarət edib. Məktəbdə sakinləri fərdi şəkildə dinləyərək məktəblə bağlı onların qayğı və təkliflərinə, seçiciləri narahat edən məsələlərin hər birinə diqqətlə yanaşaraq, məktəbin vəziyyəti barədə müvafiq qurumlara müraciət edəcəyini bildirib.


Seçkilərdə öz dəstək və etimadlarını namizəddən əsirgəməyərək onun yanında olacaqlarını deyən Zəyəm Cırdaxan sakinlərinə Vəsilə Abulova öz təşəkkürünü bildirib.


Digər xəbərlər

0.33031821250916