Traktor qaz xəttinin üzərinə aşdı - 300 ev qazsız qaldı

17:18 28-01-2020 | icon 3018
Traktor qaz xəttinin üzərinə aşdı - 300 ev qazsız qaldı

Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika Ucar rayonunun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb. Nəticədə qaz xətti qırılıb.

 

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.


Digər xəbərlər

0.2841432094574