Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti oldu - Foto

17:29 28-01-2020 | icon 3908
Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti oldu - Foto

AFFA İcraiyyə Komitəsinin iclasında yeni qərarlar qəbul olunub.

Elxan Məmmədov strukturdakı dəyişikliklərdən danışıb. O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti təyin olunub.

Vaqif Sadıqov, Elşad Nəsirov və Rauf Əliyevin yeni vitse-prezidentlər olacağı qeyd edilib.

 

Həmçinin Elxan Məmmədov milli komandanın yeni baş məşqçisi ilə bağlı İcraiyyə Komitəsindəki müzakirələrdən danışıb. O, yeni qərar qəbul olunmadığını söyləyib.

Vitse-prezident Vaqif Sadıqov da bu məsələ ilə bağlı açıqlama verib: “Ortaq məxrəcə gəlmədik. Amma yerli mütəxəssisin adının siyahıya salınmasının tərəfdarı olduq. Bunu bildirdik”.

Elxan Məmmədov icraçı vitse-prezident olmaqla yanaşı həm də baş katib olaraq işinə davam edəcəyini sözlərinə əlavə edib.

Elxan Məmmədov qeyd edib ki, baş məşqçi postu üçün 32 namizəd var: “Növbəti İcraiyyə Komitəsinə qədər namizədlərin sayı azalacaq. Bu məşqçilərin heç biri ilə danışıq aparmamışıq”.

 

 

 

Digər xəbərlər

0.26100707054138