Seçicilərindən Adil Əliyevə böyük dəstək - Fotolar
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyev Azərbaycan Respublika Veteranlar Şurasında görüş keçirib. Böyük dəstək və coşqu ilə keçirilən görüşdə veteranlarla yanaşı, ölkənin tanınmış ziyalıları, ağsaqqalları, idman cameəsinin üzvləri, sakinlər iştirak ediblər.
Çıxış edən Adil Əliyev ölkədə aparılan islahatlardan, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasətindən, dövlətin xalq üçün gördüyü çoxşaxəli işlərdən bəhs edərək bildirib ki, reallaşdırılan islahatların tərkib hissəsi olaraq, parlament daxilində də bu mühüm addım atılır. “Əlbəttə, bu gün Azərbaycanda gedən yeniliklər öz dinamikliyi ilə seçilir və bu dinamiklik seçkilər ərəfəsində də özünü göstərir”, deyən namizəd bildirib ki, seçkilərin yüksək əhval-ruhiyyə şəraitində davam etməsi də bunu kifayət qədər əks etdirməkdədir.
Namizəd gənclərin sağlam həyata, elmə, təhsilə, idmana önəm vermələrinin vacibliyindən də danışaraq bildirib ki, hazırda prezidenti olduğu Kiq-boksinq Federasiyası onlarla belə gəncləri həm də bir Azərbaycan əsgəri kimi yetişdirir, onların müxtəlif beynəlxalq yarış və turnirlərdə ölkəmizin bayrağını yüksəklərə qaldırdıqlarını, bundan sonsuz fəxarət hissi duyduğunu vurğulayıb.
Görüşdə çıxış edənlər ağsaqqallar, ziyalılar, Qarabağ və İkinci dünya müharibəsi veteranları, idman cameəsinin üzvləri Adil Əliyevi sona qədər dəstəkləyəcəklərini, onu bundan sonra da millət vəkili kimi görmək istədiklərini, seçimlərinin birmənalı olaraq onun üzərində edəcəklərini vurğulayıblar.
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...