Azad Rəhimov AİJF İdarə Heyətinin üzvləri ilə görüşüb
Yanvarın 29-da Gənclər və İdman Naziri Azad Rəhimov İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin Üzvləri ilə görüşüb. Görüş zamanı yeni təşkilatın yaranması münasibətilə İdarə Heyəti üzvlərini təbrik edən Gənclər və İdman naziri bildirib ki, idman mediasının inkişafına xidmət edəcək belə bir qurumun yaradılmasına çoxdan ehtiyac var idi. İdman jurnlistlərinin nazirliyə mütəmadi müraciətlərini nəzərə alaraq yeni təşkilatın yaranmasına dəstək olduğunu bildirən nazir öz tövsiyyələrini verərək İJF-yə fəaliyyətində uğurlar arzulayıb.
İJF idarə heyətinin sədri Qabil Mehdiyev qurumun yaradılmasındakı dəstəyinə görə nazir Azad Rəhimova idman jurnalistləri adından təşəkkür edib.
İdarə heyəti üzvlərini təqdim edən Q.Mehdiyev artıq iki iclasın keçirildiyini və bir sıra qərarlar qəbul edildiyini, müvafiq komissiyalar yaradıldığını bildirib.
Görüş zamanı Gənclər və İdman Nazirliyi ilə İdman Jurnalistləri Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin Federasiyanın 2020-ci il üçün tədbirlər planı və digər federasiyalar və idman qurumları ilə birgə görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...