Vəsilə Abulovanın Şəmkirlilərə müraciəti - MƏTN
99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Vəsilə Abulova seçicilərinə müraciət edib.
Azeripress.az xanım namizədin müraciətini olduğu kimi təqdim edir:
"Əziz Şəmkirlilər!
Bu seçkilərə qatılmağım mənə çox şey verdi. Qəsəbə və kəndlərdə görüşlər keçirdikcə millətimin yaşadığı çətinlikləri gözlərimlə gördüm... Qarabağ qazisinin acınacaqlı vəziyyətdə yaşadığını, xəstə uşağının qarşısında gözüyaşlı ananın çarəsizliyini, acınacaqlı vəziyyətdə olan məktəbləri, suyun olmamasından əziyyət çəkən millətimin vəziyyətini gördüm...
Bunların aradan qaldırılması ücün cəhd göstərmək hər birimizin Vətən qarşısında borcudur. Bunun üçün millət vəkili olmaq vacib deyil!
Mən öz qarşıma məqsəd qoydum: Bu seçkilərdə seçilib və ya seçilməməyimə baxmayaraq gördüklərimə biganə qalmayacağam. Səsim çatdığı qədər millətimin səsini yuxarı instansiyalara çatdıracağam! Və əminliklə deyirəm ki, bizim səsimizə Dövlətimiz səs verəcək.
Böyüklərimdən mənə bir nəsihət var ki, bunu mən deviz etmişəm özümə:
"Vəzifə müvəqqəti bir dönəmdir, bu dönəmdən sənə tək etdiyin yaxşılıq qalacaq!"
Həmişə bu devizlə çalışmışam, tutduğum vəzifəni yaxşılıq etmək üçün bir vasitə bilmişəm və belə də davam edəcəyəm!"
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...