MSK Mehman Hüseynova xəbərdarlıq etdi

12:00 01-02-2020 | icon 2375
MSK Mehman Hüseynova xəbərdarlıq etdi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış namizəd Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsi Sevinc Abdullayevanın müraciətinə baxılıb. 

Müraciəti MSK üzvü Qabil Orucov səsləndirib.

Ərizədə sübut kimi təqdim edilən 1 ədəd diskə araşdırma zamanı baxış keçirilib. S. Abdullayevanın şikayətinə səbəb həmin dairədən namizədliyi qeydə alınmış  Ülvi Həsənovun səlahiyyətli nümayəndəsi  Mehman Hüseynov  tərəfindən Kəmaləddin Qafarovun əleyhinə sosial şəbəkələrdə yayılan məlumatlardır. Həmçinin Qafarovun əleyhinə bir neçə şəxslərdən müsahibə alınması halları göstərilib. Diskə baxış keçirilərkən müəyyən olunub ki, Mehman Hüseynov bir çox şəxslərə yaxınlaşaraq Kəmaləddin Qafarov barədə məlumatlarının olub olmadığını soruşub.

 

Ümumiyyətlə, seçki prosesi başlayandan Hüseynovun bir provakativ fəaliyyəti görünür. O sanki bloqer fəaliyyətindən sui- istifadə edərək K. Qafarovun əleyhinə müəyyən fəaliyyətlər həyata keçirmək məqsədini qarşısına qoyub. Araşdırma zamanı müəyyən seçicilər də bildiriblər ki, səlahiyyətli nümayəndə kimi o da qanunvericiliyin tələbini pozub. Ona görə də MSK olaraq hesab edirik ki, bu məsələyə hüquqi qiymət verilməlidir. Seçki Məcəlləsinin tələbinə əsasən belə hallar ortaya çıxdıqda inzibati tənbeh həyata keçirilir. Bu da həmin şəxsə xəbərdarlıq etmək deməkdir.

Beləliklə, MSK Mehman Hüseynova və namizəd Ülvi Həsənova xəbərdarlıq edib.


Digər xəbərlər

0.24504804611206