MSK Mehman Hüseynova xəbərdarlıq etdi
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış namizəd Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsi Sevinc Abdullayevanın müraciətinə baxılıb.
Müraciəti MSK üzvü Qabil Orucov səsləndirib.
Ərizədə sübut kimi təqdim edilən 1 ədəd diskə araşdırma zamanı baxış keçirilib. S. Abdullayevanın şikayətinə səbəb həmin dairədən namizədliyi qeydə alınmış Ülvi Həsənovun səlahiyyətli nümayəndəsi Mehman Hüseynov tərəfindən Kəmaləddin Qafarovun əleyhinə sosial şəbəkələrdə yayılan məlumatlardır. Həmçinin Qafarovun əleyhinə bir neçə şəxslərdən müsahibə alınması halları göstərilib. Diskə baxış keçirilərkən müəyyən olunub ki, Mehman Hüseynov bir çox şəxslərə yaxınlaşaraq Kəmaləddin Qafarov barədə məlumatlarının olub olmadığını soruşub.
Ümumiyyətlə, seçki prosesi başlayandan Hüseynovun bir provakativ fəaliyyəti görünür. O sanki bloqer fəaliyyətindən sui- istifadə edərək K. Qafarovun əleyhinə müəyyən fəaliyyətlər həyata keçirmək məqsədini qarşısına qoyub. Araşdırma zamanı müəyyən seçicilər də bildiriblər ki, səlahiyyətli nümayəndə kimi o da qanunvericiliyin tələbini pozub. Ona görə də MSK olaraq hesab edirik ki, bu məsələyə hüquqi qiymət verilməlidir. Seçki Məcəlləsinin tələbinə əsasən belə hallar ortaya çıxdıqda inzibati tənbeh həyata keçirilir. Bu da həmin şəxsə xəbərdarlıq etmək deməkdir.
Beləliklə, MSK Mehman Hüseynova və namizəd Ülvi Həsənova xəbərdarlıq edib.
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...