İqbal Məmmədovun “Relax”da polis və vergi işçilərini döyən oğlu azadlığa çıxdı
78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədovun ötən ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilən oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları azadlığa buraxılıb.
Məhkəmənin hökmü ilə onların hər birinə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.
İttihama görə, Vergilər Nazirliyinin əməkdaşları İqbal Məmmədova məxsus “Relax”da yoxlama aparmaq üçün ora yollandıqda müqavimətlə rastlaşıblar. Daha sonra əraziyə polis əməkdaşları da cəlb olunub. Lakin Orxan Nərimanlı və obyektin mühasibi Famil İmanov vergi əməkdaşlarına yoxlamanın keçirilməsinə imkan verməyəcəklərini bildiriblər. Deputatın oğlu Mirhəmid Nərimanlı isə əlində tutduğu ratsiya ilə mühafizə xidmətinin rəisi Rahim Şahverdiyev, mühafizəçi Amir Abbasov və digər işçilərə göstəriş verib ki, vergi əməkdaşları binadan çıxarılsın və içəri buraxılmasınlar. M.Nərimanlı bu göstərişinin icra olunmasına şəxsən nəzarət edərək saat 19 radələrinədək onları içəri buraxmayıb.
Bu zaman vergi əməkdaşları əraziyə Lerik rayon Polis Şöbəsinin əməkdaşlarını çağırıblar. Daha sonra isə onlar vergi və polis əməkdaşlarının üzərinə hücum edərək yumruq, təpik və daş parçaları ilə zərbələr vurublar.
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...