Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səs yazısı yayıldı - Video
Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı “youtube”da səs yazısı yayılıb.
Səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edib.
Həmin şəxs iddia edir ki, N.Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad, soy adı şərtidir) öldürüb.
Onun iddiasına görə, M.M.-in qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır:
“Həmin şəxs Nərmin Quliyevanın qonşusudur. Bunu kənddə hər kəs bilir. Onun “VAZ-2107” markalı avtomobili var. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır”.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlama verib. O bildirib: “Qeyd edilən audioyazı tərəfimizdən istintaq-əməliyyat qrupuna təqdim edilib”.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.
Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.(yenisabah)
-
Vətəndaşın avtomobilində baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb
...
-
Gürcüstandan Azərbaycana bu yolla keçmək istədi - Foto
...
-
“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə
...
-
DSX: "Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb"
...
-
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat
...
-
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
...
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...