Akademik Musiqili Teatrda "Talelər qovuşanda" 135-ci dəfə... – Foto
Yarım əsrdən çoxdur ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında uğurla nümayiş olunan "Talelər qovuşanda" iki hissəli operettası bu dəfə fevral ayının 6-da saat 19:00-da yenidənoynanılacaq.
Uzun illərdir SSRİ xalq artisti Rauf Hacıyevin ölməz musiqilərinin sədaları altında, müxtəlif rejissorların yozumunda təqdim olunan tamaşanın sonuncu quruluşu mərhum rejissor Faiq Zöhrabova aiddir və premyerası 23 yanvar 2003-cü ildə olub.
Bu dəfə 135-ci dəfə teatrsevərlərin görüşünə hazırlaşan "Talelər qovuşanda" tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar – Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Emil Heydərov, Güldanə Əzimova, Türkel Tariqpeyma, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov ifa edəcəklər. Balet və xor artistləri də həmişə olduğu kimi tamaşaya xüsusi ahəng qatacaq.
-
Mastercard və CinemaPlus strateji tərəfdaşlığı elan edir: “CineMastercard” təqdim olundu - VIDEO
...
-
Rejissor kreativliyi və ballet artistinin məharəti - VIDEO
...
-
Qətərdə Azərbaycan musiqiləri səsləndi - Fotolar
...
-
"21-ci möcüzə” filminin təqdimatı keçirilib
...
-
“Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda bu gün əlil ola bilərdim”
...
-
Cavanşir Quliyev səhhətindən danışdı - Video
...
-
Türkiyə istehsalı “Lohusa” komediyası “CinemaPlus”da - VİDEO
...
-
Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq
...
-
“Kurdlar Vadisi” ekranlara qayıdır...
...
-
“Fəlakət” Türkiyənin “Ben bu cihana sığmazam” serialında - Foto
...