Rəşad Camalovun namizədliyi ləğv edildi

20:29 05-02-2020 | icon 3075
Rəşad Camalovun namizədliyi ləğv edildi

46 saylı Dairə Seçki Komissiyasının sədri Mərkəzi Seçki Komissiyasına həmin dairədən qeydə alınmış namizəd Rəşad Camalov barədə yazılı müraciət edib. DSK müraciətində qeyd edib ki, Rəşad Camalovun ikili vətəndaşlığı olması barədə onlara məlumat daxil olub. 

Bildirilib ki, Rəşad Camalov namizədliyini dekabrın 21- də təqdim edib. O, sənədlərində ikili vətəndaşlığının və başqa dövlət qarşısında öhdəliklərinin olmadığını bəyan edib və  namizədliyi 30 dekabr 2019- cu ildə qeydə alınıb.

MSK tərəfindən araşdırmalar aparılıb.

 

Məlum olub ki, Rəşad Yavər oğlu Camalov, həm də Rusiya vətəndaşıdır. Rusiya Federal Vergi Xidmətindən verilən məlumatda Camalov Rusiyada vergi ödəyicisi kimi qeydə alınıb.

Beləliklə, Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının qərarını ləğv edib və dairə tərəfindən ona verilən namizədlik vəsiqəsi etibarsız hesab edilib.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, belə bir hal ən son gün belə aşkar olunsa, deputatlığa namizədlik ləğv olunacaq. Çünki deputat olmaq istəyən şəxs Azərbaycan Konstitusiyasına hörmət etməlidir.

Xatırladaq ki, Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.


Digər xəbərlər

0.27669811248779