Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub - Foto
Abşeronda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 8 illik yubileyi qeyd olunub.
Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, SHXÇDX-nin Abşeron şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyn Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər iştirak ediblər. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə dünyada və regionda baş verən siyasi proseslərdən danışan Abşeron rayon İcra hakimiyyətinin başçısı İ.Gülməmmədova ölkəmizdə olan sabitliyi önə çəkib: “İlham Əliyevin rəhbərliyi altında respublikamız güclənir, ordumuzun günü-gündən qütrəti artır, eləcə də ordu quruculuğunda əhəmiyyətli irəliləyişlər əldə olunur”. Başçı bildirib ki, dövlət tərəfindən bu sahənin inkişafına hər zaman lazimi diqqət ayrılıb. İştirakçıları təbrik edən başçı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Belə bayramların işğal olunmuş torpaqlarımızda keçirilməsini arzulayan İ.Gülməmmədova o günün uzaqda olmadığını qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyn Quliyev bildirib ki, bu 8 ildə Xidmətdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib.
Tədbirdə həmçinin çıxış edənlərdən ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyini diqqətə çatdırıblar.
Bundan sonra fəaliyyətində fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və pul mükafatları verilib.
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...