Bakıda “Sevgililər günü”ndə klubda kişini döydülər

13:20 15-02-2020 | icon 3364
Bakıda “Sevgililər günü”ndə klubda kişini döydülər

Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə paytaxtın Xətai rayonunda yerləşən "Eniqma" gecə klubunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rafael oğlu döyülüb.

 

Xəsarət alanın yaxınlarının sözlərinə görə, gecə klubunun mühafizəçisi ilə Vəliyev Gülverdi arasında mübahisə yaranıb, nəticədə 35 yaşlı şəxs döyülərək bədən xəsarətləri alıb.  

O, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. 

Faktla bağlı araşdırma aparılır. 

 

 

Digər xəbərlər

0.29338383674622