Rafael Ağayevdən qızıl medal

14:26 17-02-2020 | icon 2604
Rafael Ağayevdən qızıl medal

Dubayda Karate 1 Premyer Liqa turnirinin son günündə qızıl medal uğrunda mübarizə aparan "Qəbələ" İdman Klubunun üzvü  Rafael Ağayev çempion olub.

75 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı karateçi italyan rəqibi Luici Busanı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Rafaelin qələbəsi ona elə də asan başa gəlməyib. Belə ki, Ağayev yarışın bitməsinə 5 saniyə qalmış 1:2 hesabla uduzsa da, sonda qələbəni hesabına yazdıra bilib.


Digər xəbərlər

0.30876111984253