Güləşçilərimizin ermənilər üzərində darmadağını... - Video
İtaliyada keçirilən güləş üzrə Avropa çempionatı yığma komandamız üçün uğurlu oldu. Idmançılarımız Romada bir çox göstəricilərdə rekordlara imza atdılar.
Həm Yunan-Roma, həm sərbəst güləşçilərimiz komanda hesabında qitənin ikincisi oldular.
Avropa çempionatında ən çox diqqətçəkən məqam isə azərbaycanlı və erməni idmançıları arasında 7 görüşün keçirilməsi idi. Komandamız bu qarşılaşmalarda böyük üstünlük qazandı. Güləşçilərimiz 7 görüşün 6-da meydanı qalib tərk etdi.
İlk olaraq mübarizəyə Yunan-Roma güləşçiləri başladı.
77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov ermənistanlı Karapet Çalyanı məğlub etdi. Bu görüş yarımfinalda keçirildi və Süleymanov finala adladı
55 kq çəki dərəcəsində Eldəniz Əzizli ¼ finalda Ermənistan təmsilçisi Rudik Mkrtçyanı məğlub etdi
130 kq-da Sabah Şəriəti David Ovasapyandan üstün oldu
Sərbəst güləşçilərimiz də ermənilərlə mübarizədən qalib ayrıldı.
70 kq çəkidə Ağahüseyn Mustafayevin erməni üzərində qələbəsi möhtəşəm anlarla yadda qaldı. Əvvəlcə rəqib qarşılaşmada 8:0-lıq üstünlük qazandı. Lakin möhtəşəm əzmkarlıq göstərən idmançımız 15:8 hesabı ilə görüşü qalib başa vurmağı bacardı.
79 kq çəkidə Cəbrayıl Həsənov Arman Avakyanla üzə-üzə gəldi. İdmançımız görüşü 8:4 hesablı üstünlüklə başa vuraraq yarımfinala adladı.
Cəmaləddin Məhəmmədov da (125 kq) bürünc medal uğrunda dueldə Ermənistan təmsilçisi Levan Berianidzeni məğlub edib
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...