Şeydayev Rəşad Sadıqovu millinin baş məşqçisi kimi görmək istəyir - Video

17:46 18-02-2020 | icon 3480
Şeydayev Rəşad Sadıqovu millinin baş məşqçisi kimi görmək istəyir - Video

Azərbaycan yığmasının və “Sabah”ın hücumçusu Ramil Şeydayev İTV-də yayımlanan “Bol idman” verilişin qonağı olub. Forvard “baş məşqçi kimi görmək istəyirsiniz” sualına da cavab verib.

O, Rəşad Sadıqovu bu postda görmək istədiyini bildirib: “Rəşad karyeranı bitir, milliyə gəl (gülür)... Mən onu millidə görmək istəyərəm. İnanıram ki, bu iş gələcəkdə onda alınar. Mən onunla millidə və “Qarabağ”da oynamışam. Onun məşqşi kimi üstünlüyü müasir futbola yanaşmasıdır. Azərbaycanda bir çox məşqçi köhnə dövrdə oynayıb. Onlar üçün indi çətindir. Rəşad isə gənc məşqçidir, komandasına müasir futbolu oynada bilər. Şəxsi fikrim belədir ki, o, yaxşı mütəxəssis ola bilər. Çoxları düşünür ki, onun millidə komandalarda təcrübəsi yoxdur. Əgər hətta indi gəlsə - düzdür, indi gələ bilməz, çünki oynayır – amma 2 il sonra gəlsə, onda yaxşı alınar”.

 

Həmin görüntülərə 34.35-ci dəqiqədən başlayaraq 39.00-cı dəqiqəyə qədər olan hissədə baxa bilərsiniz.

 

 

Digər xəbərlər

0.24294590950012