“Gilan Holdinq”in şirkətinin bank hesabına həbs qoyulubmuş
“Gilan Holdinq”ə daxil olan şirkətlərdən biri “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin borca görə bank hesabına həbs qoyulubmuş.
“MET-AK” MMC Bakı Kommersiya Məhkəməsinə müraciətində “Gilan Orchards”ın ona 131 511 manat borcu olduğunu bildirib və həmin məbləğin şirkətdən tutularaq onlara ödənilməsini xahiş edib. Məhkəmənin qərarı ilə 2019-cu il sentyabrın 17-də “Gilan Orchards”ın “AFB Bank”dakı hesabına həbs qoyulub.
Məhkəmə prosesinin yekununa yaxın tərəflər öz aralarında razılığa gəliblər və barışıq sazişi imzalayıblar. Bundan sonra “MET-AK” məhkəməyə müraciət edərək “Gilan Orchards”ın bank hesabı üzərinə qoyulan həbsin götürülməsini xahiş edib. Sazişə görə, “Gilan Orchards” 59 655 manatlıq alqı-satqı etdiyini etiraf edib və bu məbləği 2020-ci il 1mart tarixinə qədər ödəyəcəyini öhdəsinə götürüb.
Fevralın 11-də keçirilən məhkəmə prosesində “Gilan Orchards”ın bank hesabına qoyulan həbs qərarı ləğv edilib.
Qeyd edək ki, “Gilan Orchards” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, daha çox sitrus meyvələrinin yetişdirilməsi ilə məşğuldur.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...