Qaradağda hesabat yığıncağı keçirildi - Foto

20:31 19-02-2020 | icon 3631
Qaradağda hesabat yığıncağı keçirildi - Foto

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin 2019-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il tarixli iclasında və 3 fevral 2020-ci il tarixində Azərbaycan Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransındakı nitqlərindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Süleyman Mikayılov İlham Əliyevin Nazirlər Kabinetinin 13 yanvar 2020-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının geniş nitqində ölkənin əldə etdiyini yüksək nailiyyətləri vurğulayaraq, keçən 2019-cu il respublikada olduğu kimi, Bakının Qaradağ rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələrin uğurla həyata keçirildiyini bildirib. 

 

Zalda quraşdırılmış mikrofonlardan rayonun sosial həyatında aktiv iştirak edən rayon sakinləri görülmüş işlər, qarşıda duran məsələlər barədə öz fikirlərini söyləyiblər.

Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2019-cu ildə ölkədə bütün sahələrdə əldə olunmuş uğurlar haqda ətraflı məlumat verərək 2020-ci ildə qaradağlılara uğurlar arzulayıb.

 





Digər xəbərlər

0.2544949054718