Prezidentlə xanımının Romada rəsmi qarşılanma mərasimi olub - Fotolar
İtaliyada dövlət səfərində olan Prezident İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.
İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəlib.
Azərbaycan dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.
Prezident fəxri qarovul dəstəsinin qarşısından keçib. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.
İlham Əliyev və Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdiriblər.
Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...
-
Sülh sazişi niyə imzalanmır? - Video
...
-
Qarşılıqlı həmrəylik və dəstək güclü olanda
...