Azərbaycan çempionatına yekun vuruldu

13:36 23-02-2020 | icon 3643
Azərbaycan çempionatına yekun vuruldu
21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması olub.

Körpücük üzərinə son olaraq 89, 96, 102 və +109 kq çəki dərəcələrində çıxış edən kişi atletlər çıxıblar. Burada müvafiq olaraq Sənan Mirzəyev, Nailxan Nəbiyev, Əli Şükürlü və İsmayıl Qurbanov qalib adına layiq görülüblər. 

89, 96, 102 və +109 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
89 kq
1. Mirzəyev Sənan 1999 Bakı Spartak 82.8 140 160 300
2. Tağızadə Ceyhun 1995 Lənkəran Zirvə 87.0 131 161 292
3. Mamayev Yaşar 2003 Neftçala Zirvə 81.9 117 130 247
4. Hüseynov Zaur 2004 Qazax UGİM 84.3 95 115 210
5. Muradlı İltimas 2004 Lənkəran UGİM 85.2 92 113 205
6. Qasımzadə Ümüd 2001 Cəlilabad UGİM 82.4 111 0
7. Quliyev Əli 2003 Goranboy UGİM 83.5 0
96 kq
1. Nəbiyev Nailxan 1994 Bakı Spartak 96.0 145 175 320
2. İsmayılov Kamran 1993 Sumqayıt Zirvə 90.6 142 175 317
3. Fətəliyev Hüseyn 2005 Lənkəran Zirvə 89.1 90 110 200
102 kq
1. Şükürlü Əli 2003 Sumqayıt Zirvə 97.2 110 130 240
+109 kq
1. Qurbanov İsmayıl 2000 Qobustan Zirvə 129.5 135 188 323
2. Kazımov Rəhman 2001 Xırdalan Zirvə 118.3 0

Digər xəbərlər

0.2633810043335