Məhkəmə Neftçalanın icra başçısı və müavini ilə bağlı qərar verdi
Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün istintaqın məhkəməyə verdiyi təqdimata baxılıb.
Səbail rayon məhkəməsinin qərarı ilə rayon icra başçısı İsmayıl Vəliyev və şöbə müdiri Anar Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifələ səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
**
Səbail rayon məhkəməsinin qərarı ilə rayon icra başçısının birinci müavini Vurğun Əkbərov, rayon xəstəxanasının baş həkimi Telman Zahidov və rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində də 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, icra başçısının digər müavini Gültəkin Sadıqova ilə bağlı məhkəməyə təqdimat verilməyib. Onun barəsində istintaq özü iltizam qətimkan tədbiri seçilib.
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...