Azərbaycan “Böyük Dəbilqə”də ilk medalını qazandı
Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə"də 3-cü yer uğrunda görüşə çıxıb.
Rəqib sloveniyalı Martin Hojak olub. Görüşün gedişində Hojakın burnundan bir neçə dəfə qan açılıb. Sona doğru Orucov vaza-ari xalı ilə qələbəyə nail olub.
Bu, Azərbaycanın hazırkı yarışda ilk medalı olub. İlk yarış günündə Orxan Səfərov 66 kq çəkidə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Rüstəm Orucov "Böyük Dəbilqə"də mübarizəyə 1/32 final mərhələsindən başlayıb. 29 yaşlı idmançı ardıcıl olaraq, ispaniyalı Salvador Cases Roka, ABŞ təmsilçisi Aleksander Törner, misirli Məhəmməd Mohyeldin və monqolustanlı Tsonqbaatar Tsend-Oçirə qalib gəlib. Yarımfinalda isə Orucov cənubi koreyalı An Çanqrimə uduzub.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...