Bakı polisindən koronavirusla bağlı açıqlama

17:47 28-02-2020 | icon 3995
Bakı polisindən koronavirusla bağlı açıqlama

Bakı Şəhər Baş Polis İdarəsi koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar haqda açıqlama verib.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, yayılan məlumatlarla bağlı tam və hərtərəfli araşdırma aparılıb: “Qeyd edilənlər öz təsdiqini tapmayıb”. 

 

Xidmət rəisi əlavə edib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən hər hansı müraciət daxil olmayıb. 


Digər xəbərlər

0.26664710044861