Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib - Foto

17:49 28-02-2020 | icon 3826
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib - Foto

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rayonun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak edib. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər.

 

Qəsəbə sakinlərindən 5 nəfəri fərdi qaydada Süleyman Mikayılov tərəfindən dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

 




Digər xəbərlər

0.29670715332031