Prezidentin koronavirusla bağlı çıxışının - Videosu

14:29 04-03-2020 | icon 2137
Prezidentin koronavirusla bağlı çıxışının - Videosu

Prezident İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Ölkə başçısı xəstəxanada yaradılan şəraitlə tanış olub.

Daha sonra Prezident xəstəxananın kollektivi ilə görüşüb və ilk dəfə koronavirusdan danışıb.

İ. Əliyev xəstəliklə bağlı vəziyyətin Azərbaycanda nəzarət altında olduğunu qeyd edib:

"Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar".

 


Digər xəbərlər

0.29086685180664