Prezident “ASAN Həyat” kompleksinin açılışında

17:10 04-03-2020 | icon 3878
Prezident “ASAN Həyat” kompleksinin açılışında

Prezident İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat veriblər.

 

Prezident kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.

Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb. İlham Əliyev görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.


Digər xəbərlər

0.25844693183899