Sabah 20 dərəcə isti olacaq

14:32 06-03-2020 | icon 3113
Sabah 20 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 martda gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.


Digər xəbərlər

0.238844871521