“AÇ-2020-nin təxirə salınması təklif edildi”

18:26 06-03-2020 | icon 3697
“AÇ-2020-nin təxirə salınması təklif edildi”

İtaliya Futbolçular Assosiasiyasının prezidenti Damiano Tommazi koronavirus epidemiyasına görə AÇ-2020-nin keçirilməsini təhlükəli hesab edir. O, UEFA-nın turnirin təxirə salınması ilə bağlı məsələyə baxmalı olduğunu bildirib:

"Koronavirus təkcə İtaliyanın problemi deyil. A Seriyası azarkeşsiz davam edəcək. Futbolçular arasında buna razılaşan və qarşı olanlar var. Bütün mümkün tədbirləri görürük, amma oyunçular meydanda risk altındadır. Ən pisi, bir futbolçu virusa yoluxsa, bütün komanda karantinə alınacaq".

 

Qeyd edək ki, İtaliyada aprelin 3-dək bütün idman tədbirləri azarkeşsiz olacaq. AÇ-2020-yə iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında keçiriləcək matçla start veriləcək.

Turnirin 3 qrup və 1 1/4 final matçı isə Bakıda təşkil olunacaq.


Digər xəbərlər

0.26057100296021