YAP-ın gəlirləri və xərcləri açıqlandı

10:57 07-03-2020 | icon 3415
YAP-ın gəlirləri və xərcləri açıqlandı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

Iclasda YAP İdarə Heyətinin 2019-cu ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2019-cu ilə dair illik statistik hesabat, partiyanın 2019-cu il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2020-ci ilin mart ayına dair iş planı müzakirə olunaraq qəbul edilib. İdarə Heyətinin iclasında 2019-cu ildə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatların, Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişafın davam etdiyi xüsusi qeyd edilib.

 

Vurğulanıb ki, 2019-ci il müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisələrdən biri ölkəmizdə Bələdiyyə seçkilərinin keçirilməsi və Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il 9 fevral tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərə hazırlıq işlərinin başlanması olub. Hesabatda daha sonra qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam etmiş, bu dövr ərzində 26 min nəfərdən çox yeni üzv qəbul edilmiş və beləliklə, partiya üzvlərinin sayı 756 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib. İdarə Heyətinin iclasında YAP-ın 2019-cu ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib.

Qeyd olunub ki, 2019-cu ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 10 668 284 manat olub. Bunun 9 309 025 manatını üzvlük haqları, 1 359 259 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib. Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 5 307 213 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 884 663 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 91 515 manatı ezamiyyə xərclərinə, 163 376 manatı nəqliyyat vasitələrinin alınmasına, 281 053 manatı mebel və ofis avadanlıqlarının alınmasına, 214 214 manatı təmir işlərinə, 481 232 manatı kommunal və təsərrüfat xərclərinə, 300 908 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 75 862 manatı bank xidmətinə, 57 607 manatı dəftərxana xərclərinə, 49 790 manatı çap işlərinə, 234 171 manatı kredit ödənişinə, 270 194 manatı isə sair xərclərə sərf edilib.


Digər xəbərlər

0.2372260093689