Nazirliyin binası dezinfeksiya edildi

10:16 11-03-2020 | icon 2461
Nazirliyin binası dezinfeksiya edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.

Nazirliyin inzibati binasında koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. İş otaqlarında, foye və konfrans zalında, o cümlədən pilləkənlərin, nazirliyin girişində quraşdırılmış turniketlərin xüsusi dərmanlanması işləri həyata keçirilir.

Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə də tədbirlər görülür. Əməkdaşlar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılırlar.

 

Xəstəliyə yoluxma hallarına yol verilməməsi və qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə nazirlikdə və tabeli qurumlarda dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması məqsədilə mart ayında keçirilməsi nəzərdə tutulan bir sıra kütləvi tədbirləri müvəqqəti olaraq təxirə salıb.

 





Digər xəbərlər

0.22470998764038