“Tətilə görə müəllimlərin maaşında heç bir problem olmayacaq” - Açıqlama

10:25 11-03-2020 | icon 2232
“Tətilə görə müəllimlərin maaşında heç bir problem olmayacaq” - Açıqlama

"Azərbaycan qanunvericiliyinə əsasən, bu kimi hallarda işçinin günahı olmadan hər hansı fasilə yaranırsa, əmək haqqının verilməsi qaydası nəzərdə tutulub".

Bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-də çıxışı zamanı deyib.

 

Nazir çıxışında dərslərin dayandırılmasına görə müəllimləri, məktəbdə çalışan işçiləri maaşlarla bağlı maraqlandıran suala da aydınlıq gətirib:

"İşçilərin maaşlarının vaxtında ödənilməsi ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyduğu ən ümdə məsələdir. Buna görə də maaşların hesablanması və ödənilməsi ilə bağlı hesab edirəm ki, heç bir problem olmayacaq". 


Digər xəbərlər

0.2553608417511