Elmira Axundova Ukraynaya səfir göndərildi

18:53 12-03-2020 | icon 3014
Elmira Axundova Ukraynaya səfir göndərildi

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya fövqəladə və səlahiyyətli səfir təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Elmira Hüseyn qızı Axundova Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

 

Prezidentin digər sərəncamı ilə Azər Xudayar oğlu Xuduyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Xatırladaq ki, Elmira Axundova Xalq yazıçısıdır. Milli Məclisin III, IV və V çağırış deputatı olub.


Digər xəbərlər

0.25672006607056