FED faiz qərarını açıqladı

11:34 16-03-2020 | icon 3531
FED faiz qərarını açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini açıqlayıb.

Qurum koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün baza dərəcəsini 0-0,25%-ə endirib.

“Koronavirusun fəsadları qısa müddətdə iqtisadi fəallığa təsir göstərəcək və bu, iqtisadi perspektivlər üçün təhlükə yaradır. Hadisələrin belə inkişaf etməsi fonunda komitə federal fond dərəcəsinin hədəf səviyyəsini 0-0,25%-ə endirmək qərarına gəlib”, - deyə FED-in açıqlamasında qeyd olunub.

 

Bildirilir ki, bu tədbirlər ABŞ Mərkəzi Bankının istiqraz ehtiyatlarını 700 milyard dollar artıracaq.

Həmçinin Sistem, banklara endirim pəncərəsindən 90 günə qədər müddətə borc götürməyə və ehtiyat tələblərini sıfır faizə endirməyə imkan verəcək.


Digər xəbərlər

0.3001811504364