“Azərbaycanda koronavirus geniş yayılmayacaq“ - Rəşad Mahmudov  

17:13 16-03-2020 | icon 5928
“Azərbaycanda koronavirus geniş yayılmayacaq“ - Rəşad Mahmudov
 

Milli Məclisin üzvü, həkim Rəşad Mahmudov AzTV-də efirə gedən canlı proqramda koronavirus təhlükəsinə qarşı görülən tədbirlərdən danışıb. Deputat deyib ki, koronavirus insanlığın problemi, bizim üçün isə milli təhlüksizlik məsələsidir.

 Tanınmış həkim vətəndaşları ehtiyatlı olmağa, lakin çox da təlaşa düşməməyə çağırıb: 

“Bu gün Azərbaycan dünyada ən yüksək səviyyədə koronavirusa qarşı tədbir görən dövlətlərdən biridir. İlk anlardan etibarən vaxtında addımlar atıldı. Ona görə də virusun geniş yayılma təhlükəsi real deyil. Ancaq vətəndaşlarımız ehtiyatlı olmalıdırlar”. (moderator)


Digər xəbərlər

0.31910705566406