Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq - Rəsmi

13:44 20-03-2020 | icon 3041
Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq - Rəsmi

Təhsil müəssisələrində tətilin vaxtı uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb:

 

Azərbaycanda koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.


Digər xəbərlər

0.22058415412903