Deputat qızları təhsilə cəlb etmək üçün təqaüd ayırdı
Milli Məclisin deputatı Məşhur Məmmədov Masallıda abituriyent qızların təhsilini davam etdirməsinə dəstək üçün maraqlı addım atıb.
Rayon sakinlərinə təqdim olunmuş elana görə, 2019/20-ci tədris ilində XI sinfi bitirmiş qızların Dövlət Pedaqoji və Xarici dillər Universitetlərinin ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri üzrə müəllimlik ixtisaslarına 300 baldan artıq nəticə göstərərək ödənişsiz əsaslarla qəbul olduğu təqdirdə təqaüd alması, ödənişli əsaslarla qəbul olduğu təqdirdə isə təhsil haqqının ödənilməsi nəzərdə tutulub.
Bütün təhsil və təqaüd xərcləri bank hesabı vasitəsilə tənzimlənəcək.
Qeyd edək ki, bu şərtlər özəl universitetlərdə təhsil alanlara şamil edilmir. Semestr imtahanında 51 baldan aşağı nəticə göstərən tələbələrə ödənişlər dayandırılacaq.
Universitetə qəbul alan şəxslər lazım olan sənədləri YAP Masallı rayon şöbəsinin binasına təqdim edə bilərlər.
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...