“Azəriqaz” bayram günlərində bu ünvanlarda xidmət göstərəcək
“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramındakı qeyri-iş günlərində (mart ayının 20, 21, 22, 23, 24, 25, 26 və 27-si) tam iş günü rejimində fəaliyyətini davam etdirir.
Qurumdan daxil olan məlumata görə, ayın 15-dən 19-dək Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində bir pəncərədə göstərilən xidmətlər 2 gündür ki, dayandırılıb. Müştəri xidmətləri yalnız Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri, Bakı Regional qaz istismar Departamenti və Sumqayıt qaz istismar Sahəsində həyata keçirilir.
Bundan başqa Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da (Nizami rayonu, Babək pr. 21/24) abonentlərə eyni xidmətlər təqdim olunur.
Qarşıdakı 8 gün ərzində vətəndaşlara itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, koda düşmüş kartların bərpası və digər zəruri xidmətlər göstəriləcək.
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...