“Sədərək” firması Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 100 min manat vəsait ayırıb
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun bariz nümunəsi son aylarda dünyada demək olar ki, bütün ölkələrdə yayılan yeni növ koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq “Sədərək” firması Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 100 min manat vəsait ayrılması barədə qərar qəbul edib.
Fondun məqsədi koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınmasına, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.
Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması üçün müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qlobal pandemiya ilə mübarizəyə qoşulan “Sədərək” firmasının ərazisindəki bütün binalarda, dükan və ofislərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dayanacaqlarda, avtomobillərin saxlama yerlərində və digər yerlərdə gündəlik olaraq tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və dərmanlanma işləri aparılır.
Firma hər kəsi Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...