“Azercell”dən 5728 aztəminatlı ailəyə dəstək!
Novruz bayramı və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində ölkənin lider mobil operatoru olan “Azercell Telekom” bu dəfə də həssas qrup kateqoriyadan olan insanlara öz qayğısını əsirgəmədi. Belə ki, şirkət sosial məsuliyyət strategiyası çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş siyahı üzrə Bakı şəhərində yaşayan I qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 5728 aztəminatlı ailəyə bayram sovqatı verib.
“Azercell”dən bildirilib ki, sovqatlar ünvanlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC tərəfindən çatdırılıb.
“Azercell” və RİİB tərəfindən həyata keçirilən bu təşəbbüs həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaqla yanaşı, dövlətin koronavirus infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə də dəstək məqsədi daşıyır.
“Azercell Telekom” MMC və RİİB tərəfindən bu cür xeyirxah təşəbbüslərin davamlı olaraq bundan sonra da həyata keçirilməsi nəzərdə tutulur.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...