"AzerGold” və tərəfdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti dövlət başçısının 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib.
QSC-dən bildirilib ki, müvafiq vəsait “AzerGold”un əməkhaqqı fondundan cəlb ediləcək. Bununla yanaşı, Cəmiyyətin podratçıları, “Star Mining”, “Azplast 2012” və “AT Geotech” şirkətləri də dövlət başçısının təşəbbüsünə qoşularaq, ayrılıqda 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.
“AzerGold” koronovirus pandemiyası ilə mübarizədə Azərbaycan ictimaiyyəti ilə həmrəy olduğunu bir daha bəyan edir.
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...