Qaradağ rayonunda koronovirus “COVİD 19” infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir

12:44 24-03-2020 | icon 2914
Qaradağ rayonunda koronovirus “COVİD 19” infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir

Dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin
və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və
koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ölkə
başçısının diqqət mərkəzindədir.
Qaradağ rayonunda koronovirus “COVİD 19” infeksiyasına qarşı
dezinfeksiya işləri bu gün də davam etdirilir. Bununla əlaqədar olaraq, Qaradağ
rayonunda koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq
məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri
tətbiq olunmuş və əhalinin sosial təcrid olunması üçün müvafiq addımlar
atılmışdır.
Qaradağ rayonunda koronavirusa yoluxma hallarına yol verilməməsi
və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik
tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə hər gün yaşayış
binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və
pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan
lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner
meydançalarında, piyada keçidlərində, dükanların qarşısı, parklarda,
dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici
tədbirləri aparılır. Həmçinin gündəlik olaraq məhəllələrdə oturacaqlar,
idman qurğuları, söhbətgahlar, uşaq meydaçalarında, məişət
tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma işləri
aparılır. Küçə və prospektlər xüsusi olaraq dezinfeksiya məhlulları ilə
yuyulur.
Bundan əlavə yaşlı nəslin qorunması üçün tənha və aztəminatlı
təqaüddə olan sakinlərə spirt və maskalar bütün qəsəbələrdə
paylanılmışdır. Bütün sakinlərə maksimum dərəcədə evdən çölə çıxma
saylarının minimuma endirilməsi, həmçinin hər bir vətəndaşın şəxsi və
kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə
məlumatlar verilir.
Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə koronavirus
(COVID-19) infeksiyasından qorunmaq üçün və sakinlərin evdə
qalmaları üçün təbliğat xarakterli plakatlar hazırlanmış və rayonun bütün

ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində,
dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış
massivlərində, küçə və digər yerlərdə asılmışdır.


Digər xəbərlər

0.24782395362854