Heydər Əliyev Fondunun başladığı sosial layihə davam edir - Fotolar + Video
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üzrə görülən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun başladığı sosial layihə davam edir.
Martın 24-dən aprelin 20-dək ölkədə elan olunan xüsusi karantin rejimi zamanı 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha sakinlərə yardımlar edir, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır, zəruri həkim müayinələri təşkil olunur. Eləcə də tənha yaşlılara gündəlik məişət təminatlarının ödənilməsinə-müxtəlif bazarlıqların edilməsi, kommunal xərclərin ödənilməsinin həyata keçirilməsinə və s. köməklik göstərilir.
Qeyd edək ki, karantin rejimi müddətində 65 yaşdan yuxarı tənha şəxslər gündəlik zəruri sosial xidmət sahəsi üzrə müraciətləri ilə bağlı RİİB-in «150» qaynar xəttinə müraciət edə bilər. Ötən gün ərzində RİİB könüllüləri 500-dən çox tənha yaşlının evində olub. Bu xidmət xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə davam edəcək.
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Mayın ilk gününün havası
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...