Voleybolçularımız karantinə alındı
Qadınlardan ibarət Voleybol üzrə Azərbaycan millisinin iki üzvü - Yuliya Kərimova ilə Marqarita Əzizova karantinə alınıblar.
İsraildə çıxış edən Yuliya Kərimova da artıq vətəndədir və o yeni qayıtdığından qaydalara uyğun olaraq karantindədir.
Polşada çıxış edən hücumçumuz Marqarita Əzizova isə dünən xüsusi reyslə vətənə dönüb və karantinə alınıb.
Onlar müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evinə yollanacaqlar.
Komandanın digər üzvü Yelizaveta Səmədova Rusiyanı tərk edərək, Bakıya qayıdıb və hazırda evindədir. Kristina Yaqubova, Anastasiya Qurbanova Rusiyada, Anastasiya Bessonova isə Ukraynada ailəsinin yanındadırlar.
Bununla belə, çıxış etdikləri ölkədə qalan voleybolçularımız da var. Ayşən Abduləzimova öz istəyi ilə Macarıstanda, Odina Əliyeva və millimizin sabiq üzvü Natalya Məmmədova, eləcə də gənc məşqçimiz Ziya Rəcəbov isə uçuşların dayandırılması ilə əlaqədar İndoneziyada qalıblar. Olena Həsənova hazırda Fransada, Polina Rəhimova isə Braziliyadadır.
Ölkəmizdə çıxış edən yığmanın digər üzvləri isə hazırda Bakıda evlərindədirlər.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...