Karantini pozan 3 nəfər məsuliyyətə cəlb edilib
Dünən karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev açıqlamasında ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 30.03.2020-ci il saat 08:00-dan 31.03.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən geri qaytarılan sürücülərin sayını açıqlayıb:
- Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla 343 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 13-ü rayon, 73-ü paytaxt istiqamətinə olmaqla 86 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 98-i rayon, 104-ü paytaxt istiqamətinə olmaqla 202 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Martın 19-dan 31-i saat 08:00-dək 8485 nəqliyyat vasitəsinin rayon, martın 24-dən 31-dək 08:00-dək isə 5751 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.
Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.
Ümumilikdə bu günədək 14 236 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...