Ancaq əmək müqaviləsi olanlara maddi yardım ediləcək - Açıqlama
"Nazirlər Kabinetinin bu gün açıqlanan təkliflər paketində müqaviləsiz, qeydiyyatsız və günəmuzd işləyənlərə yardım nəzərdə tutulmayıb".
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, qeydiyyatsız işləyənlərin sayı müqavilə ilə işləyənlərdən qat-qat çoxdur:
"Onlara heç bir ödəniş nəzərdə tutulmayıb. Söhbət ölkə üzrə təxminən 2 milyon nəfərdən gedir. Hətta paketdə muzdla çalışanların yarısından çoxuna da şamil olunmayıb. Əmək müqaviləsi ilə işləyənlərdən 345 min nəfəri kənarda qalıb. Hökümətin açıqlamasına görə, onlar qapadılmayan sahələrdə işləyir. Söhbət bank, rabitə, tikinti və s. kimi sektorlardan gedir".
Natiq Cəfərli qeyd edib ki, orta aylıq əmək haqqı 712 manatdır:
"Orta aylıq əmək haqqı səviyyəsində maaşların ödənilməsi olacaq. Bundan artıq maas alanların əvvəlcədən aldıqları yüksək maaşa görə "təhlükəsizlik yastığı"nın olduğu deyilir. Sadə dillə desək, deyirlər, "evində pulu var, yəni belə şəxslər müvəqqəti çətinliklərə dözə bilər". Ona görə bundan artıq yardım olunacağını düşünmürəm. Bu da təxminən 300 mindən bir az çox əhalini əhatə edəcək. Hansı ki, bunlar rəsmi və əmək müqaviləsi ilə çalışırlar. Bu paket ancaq əmək müqaviləsi olan vətəndaşları əhatə edəcək". (Qaynarinfo)
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...