Azərbaycanın builki dövlət büdcəsinə yenidən baxılacaq
“2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməlidir. Çünki dünən də dövlət başçısı İqtisadiyyat nazirini qəbul edəndə bu məsələyə toxunaraq bildirdi ki, büdcənin xərclər hissəsinə baxmaq lazımdır”.
Bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayrılır: “Bu vəsaitlərin hamısı dövlət büdcəsindən ayrılacaq. Çünki Prezidentin o qədər Ehtiyat Fondu yoxdur. Ona görə də dövlət büdcəsinin xərc hissəsinə yenidən baxılacaq. Bununla bağlı Milli Məclisə sənəd yəqin ki, daxil olacaq. Ola bilsin ki, onlayn iclasda baxılsın”.
Neftin hazırkı qiymətinə də toxunan V. Əhmədov qeyd edib ki, qiymət çox kəskin şəkildə aşağı düşüb: “Bu, dünya iqtisadiyyatına çox böyük təsir göstərir. Neft idxal edən ölkələr üçün müsbət haldır. Ancaq neft ixrac edən ölkə olaraq bizim gəlirlərimizə mənfi təsir edir. Bu həm də gələcəkdə müəyyən qədər manata təzyiq də göstərə bilər. Amma hazırda kifayət qədər ehtiyat var. Ondan istifadə ediləcək. Yəqin dövlət büdcəsinə baxılanda bu məsələlər müzakirə ediləcək.
İndiki koronavirus dövründə devalvasiya olacağına inanmıram. Müəyyən qədər manatı qoruyub saxlamaq lazımdır. Onsuz da dövlət büdcəsindən vəsait ayrılır və cənab Prezident də göstəriş verdi ki, bu həftə ərzində ödəmələr getsin. Amma gələcəkdə problem çox uzun davam edərsə, əlbəttə, bu, ola bilər”.
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...