ÇL və Avroliqa finalı azarkeşsiz oynanılacaq
UEFA Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını azarkeşsiz keçirəcək. Qitə futbol qurumu artıq hər iki final görüşünün azarkeşsiz olacağı ilə bağlı qərar çıxarıb. Bu gün UEFA 55 ölkədən üzv olan milli assosiasiyalarla növbəti video-konfrans keçirəcək. Konfransadək cari mövsümün taleyi ilə bağlı ətraflı müzakirələrin aparıldığı və bütün tərəflərin İngiltərədən gələn təkliflə razılaşdıqları bildirilir. Həmin təklif isə budur ki, hazırkı mövsüm mütləq başa çatdırılmalıdır.
UEFA böhranın həlli üçün liqaların logistikası və maliyə məsələləri üzrə olmaqla, iki İşçi Qrup yaradıb. Onlara tövsiyə olunub ki, mövsümü başa çatdırmaq üçün yaradıcı üsullar tapsınlar. Bu baxımdan, futbolun davam etdirilməsi üçün oyunların bağlı qapılar arxasında keçirilməsi də lazım gəlsə, qaçılmaz olacaq.
Ona görə də qalan bütün avrokubok oyunlarının da boş tribunalar önündə keçiriləcəyi istisna edilmir. Bildirilib ki, UEFA 2019/2020 mövsümündə bütün yerli çempionatları və avrokubokları 2020/2021 mövsümü başlamazdan əvvəl bitirmək niyyətindədir.
Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 27-də Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda, Avropa Liqasının həlledici görüşü isə iyunun 24-də Polşanın Qdansk şəhərinin eyniadlı arenasında təşkil olunacaq.
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...