“Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir” - Əli Əhmədov
“Amansız virusun törətdiyi insan faciələri qarşısında aciz qalan ölkələrin acı təcrübəsi hər birimizə ibrət dərsi olmalıdır. Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır”.
Bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov rəsmi feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, koronavirus pandemiyasının bir sıra ölkələr üzrə statistikası insanı dəhşətə gətirir: “Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir. Azərbaycan hökuməti virusa yoluxmaların qarşısının alınması və yoluxanların müalicəsi üçün Prezident İlham Əliyevin tapşırığı ilə və bilavasitə nəzarəti altında mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Lakin təhlükəli virusun yayılmasının və böyük faciələrə gətirib çıxarmasının qarşısının alınmasında hamının və hər kəsin iştirakı həyati əhəmiyyət kəsb etməyə başlayıb. Acı reallıqlarla və tükürpədən faciələrlə üz-üzə qalmış ölkələrin təcrübəsi göstərir ki, ayrılıqda götürülmüş fərdin sağlamlığı hamının, bütün cəmiyyətin sağlamlığı dərəcəsinə yüksəlib. Hər kəsin şəxsi məsuliyyət dərəcəsi heç zaman olmadığı qədər əhəmiyyət və dəyər kəsb etməyə başlayıb. Söhbət nə qədər şəxsi sağlamlığından, yaxınların sağlamlığından gedirsə, o qədər də dövlət və milli maraqlardan gedir.
İndiki həssas anlarda şəxsi məsuliyyət, birlik və həmrəylik anlayışları mahiyyət etibarilə çox sadə düstura malikdir: evdə qal, özünü virusa yoluxdurma, ata-ananı, övladlarını və nəvələrini virusa yoluxdurub təhlükə altına atma.
Bu sadə, lakin həyati məna daşıyan tələblərə biganəlik göstərilməsi acı nəticələrə gətirən, bağışlanmaz səhv və günah olardı. Gəlin bağışlanmaz səhv etməyək, günaha batmayaq. Həm özümüzü və yaxınlarımızı, həm də xalqımızı dəhşətli faciələrdən birlikdə qoruyaq. Gəlin qarşıdakı üç həftədə “EVDƏ QAL ” şüarını gələcəyimiz naminə həyat tərzimizə çevirək. Buna hər birimizin, bizim sevdiklərimizin və bizi sevənlərin çox, lap çox ehtiyacı var”.
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...